aze rus eng
Ünvan:
Bakı, A.Abbaszadə 61
Tel/Faks:
(+994 12) 538-64-01
Mob:
(+994 51) 922-20-22
E-mail:
[email protected]
Azərbaycanı səyahət etmək istəyən qonaqlar üçün "Marhaba Bakı turu" təqdim edirik. Daha ətraflı məlumat üçün daxil olun.
Haqqımızda

Lisenziya və sertifikatlar


"Safe Way" şirkəti işgüzar və fərdi turizm sahəsində yerli və xarici şirkətlərin ehtiyaclarını ödəmək məqsədi ilə 2010-cü ildə avia sənaye üzrə böyük təcrübəyə malik mütəxəssislər tərəfindən yaradılmışdır.

Şirkət həm Azərbaycanda, həm də xaricdə aviaşirkətlər, səfirliklər, mehmanxanalar, sığorta şirkətləri kimi turizm biznesinə aidiyyatı olan bütün sahələrdə partnyorlarla sıx əlaqələri vardır ki, bu da bizim sifarişçilərimizə xidmətlərin geniş çeşidini təklif etməyə imkan verir.

Şirkət 30-dan artıq korporativ şirkətə xidmət edir.


Aviabiletlərin bronlaşdırılması və verilməsi

 

Şirkətin aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri beynəlxalq bronlaşdırma sistemi kurslarını (Amadeus, Qabriel, Qalileo) keçmiş mütəxəssislərdir.

"Safe Way Travel" Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin rəsmi agentidir


Korporativ xidmətlər

 

Azerbaijan Airlines, Lufthansa German Airlines, Austrian Airlines, Turkish Airlines, Özbəkistan Hava Yollari, Imair və digər yerli və xarici aviaşirkətlər "Safe Way" Traveli aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri təyin etmişlər. Bu, "Safe Way"-i öz müştərilərinə əlavə dəyər ödəmədən aviaşirkətlərin təyin etdiyi qiymətə aviabiletlər təklif etməyə imkan verir.

Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətə qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir.

Şirkətdə yalnız daimi müştərilərə xidmət göstərilməsi üçün korporativ şöbə yaradılmışdır. Korporativ müşğtərilər üçün şirkət həm korporativ güzəştlər, həm də bonus proqramının - bura pulsuz bilet əldə etmək, mehmanxanada pulsuz qalma imkanları daxildir - aid olduğu güşəştli şəxsi xidmət sistemini təklif edir.


Turizm xidmətləri

 

"Safe Way" Travel turist xidmətlərinin təşkili sahəsində fəaliyyəti Azərbaycanın Turizm üzrə Nazirliyi tərəfindən verilmiş № 040740 lisenziya əsasında həyata keçirilir.
Turizm şöbəsinin bütün agentləri bütün dünya üzrə mehmanxanaların bronlaşdırılması, VIP xidmətlər, avtomobil icarəsi, idman və digər kütləvi tədbirlərə biletlərin təşkil edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdir.

"Safe Way" ofislərində quraşdırılmış GTA sistemi korporativ güzəştlər təqdim etməklə bütün dünya üzrə 10000-dən artıq mehmanxanada yer bronlaşdırmağa imkan verir. Bu sistem müştərinin qiymətə, «ulduzların sayı», komfortu, göstərilən xidmətə, yerləşdiyi yerə və s. tələblərini nəzərə almaqla praktik olaraq dünyanın istənilən nöqtəsində mehmanxana seçməyə imkan verir.

Mehmanxanaların bronlaşdırılmasının qlobal GTA sistemi ilə yanaşı, "Safe Way" mehmanxanalarla və turoperatorlarla, müştəriyə maksimal sayda xidmətlərin təklif edilməsinə imkan verən birbaşa əlaqələrdən də fəal istifadə edir. Təcrübəli menecerlər nəinki müştərinin sifarişini hazırlayır, həmçinin onların turist səfərinin alternativ variantlarını da hazırlayırlar.


Şirkətin əməkdaşları və şöbələri

 

Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. Əməkdaşların seçimi bir çox peşəkar və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.